Türkiyə

Türkiyə donanmasının yeni gücü: "Bayraktar TB-3" və İHA-122 - FOTOlar

28 Mart 2025 18:12
Baxış: 690
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin yerli istehsalı olan "Bayraktar TB-3" pilotsuz uçuş aparatı (PUA) daha bir mühüm sınaqdan uğurla keçib. İHA-122 səsdənsürətli raketinin atəşlənməsi ilə nəticələnən bu test, Türkiyənin hərbi texnologiyada növbəti uğurunu bir daha nümayiş etdirib.

Milli.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, "Baykar" şirkətinin məhsulu olan "TB-3", təkcə yeni silah inteqrasiyası ilə deyil, həm də dəniz platformalarına eniş və qalxış qabiliyyəti ilə diqqət çəkir.

"ROKETSAN" tərəfindən istehsal edilən "İHA-122" yüksək dəqiqlik təmin edərək həm dəniz, həm də quru hədəflərinə qarşı effektivdir.

Müştərək əməliyyat imkanı - sınaq zamanı hədəf "Bayraktar TB-2" tərəfindən işarələnib. "TB-2" və "TB-3"ün birlikdə işləməsi, əməliyyat sahəsində effektiv koordinasiya və real vaxt məlumat paylaşımı imkanı yaradır.

Dəniz gücü və donanma üstünlüyü - "Bayraktar TB-3" qısazolaqlı gəmilərdən, xüsusilə "TCG Anadolu" kimi amfibiya gəmilərindən havaya qalxa və enə bilir. Bu, Türkiyə donanmasının açıq dənizlərdə təsir gücünü artırır.

Strateji Əhəmiyyət - yerli istehsal olan "İHA-122" Türkiyənin dəniz və hava əməliyyatlarında gücünü artıraraq, müxtəlif hədəflərə qarşı istifadə oluna biləcək geniş imkanlar təqdim edir./oxu.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.