İmamoğlu ona verilən sualları belə cavablandırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun İstanbul Baş Prokurorluğu tərəfindən keçirilən "korrupsiya" istintaqı çərçivəsində polisə verdiyi açıqlama əldə edilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu kontekstdə ikinci dəfə ifadə verən İmamoğlunun Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsində 3 saat 40 dəqiqə ərzində 121 səhifəlik ifadə verdiyi məlum olub.
Sorğu-sualın əvvəlində ona bir daha təsirli peşmanlıq müddəaları haqqında məlumat verilsə də, İmamoğlu, heç bir cinayət törətmədiyi üçün bu müddəalardan faydalanmaq istəmədiyini bildirib.
Daha sonra ona daşınmaz əmlak, nəqliyyat vasitələri və digər sərvətlərlə bağlı suallar ünvanlanıb.
İmamoğlu, aylıq gəlirinin 250 min TL olduğunu qeyd edib.
Dindirilmə zamanı polis İmamoğluna "cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək", "cinayət törətmək məqsədi ilə yaradılmış təşkilata üzv olmaq", "rüşvətxorluq", "tenderi saxtalaşdırmaq", "vəzifəsinin icrasını saxtalaşdırmaq", "hədə-qorxu ilə tələb etmək", "dələduzluq" cinayətləri ilə bağlı suallar verib.
İBB sədrinə onunla eyni istintaqda şübhəli bilinən 99 şübhəlinin fotoşəkilləri göstərilib və onları tanıyıb-tanımadığı soruşulub.
İmamoğluna istintaq faylında təsbit edilən İSPARK, Kültür AŞ və KİPTAŞ tenderləri də daxil olmaqla 7 ayrı tenderdə xalqa yüzmilyonlarla lirə zərər vurması ilə bağlı suallar verilib.
"Mən bu suala toxunmuram. Bütün iddiaları qəti şəkildə rədd edirəm" , - İmamoğlu cavab verib.
O, ifadəsində Maliyyə Cinayətləri İstintaq Şurasının hazırladığı hesabatlarla bağlı heç bir açıqlama verməyib. Hazırlanan və fayla daxil edilən hesabatlarla tanış olduqdan sonra adıçəkilən şəxslərlə aparılan ticarətin məzmunu ilə bağlı sualları belə cavablandırıb:
"Problemin əsasını təşkil edən MASAK hesabatı mənə təqdim edilmədiyi üçün bu mərhələdə ətraflı məlumat verə bilmərəm, lakin sözügedən məsələnin tamamilə səhmdar cəmiyyətin qanuni satışından ibarət olduğu anlaşılır. Bu məsələ ilə bağlı ətraflı məlumat və sənədlər sonradan hüquqi orqanlara göndəriləcək. Üstəlik, "İmamoğlu İnşaat" şirkətimiz peşəkarcasına idarə olunan bir şirkətdir. 3628 saylı qanuna uyğun olaraq mənimlə bağlı bütün aktivlər müvafiq rəsmi orqanlara və ictimaiyyətə məlumdur".
"İstanbul Senin" tətbiqi ilə şəhərdə yaşayan vətəndaşların şəxsi məlumatlarının reklam agentliklərinə açılacağı və 5-6 qat daha çox qazanc əldə edəcəyi fikri ilə bağlı sualı cavablandıran İmamoğlu, tətbiqin beynəlxalq miqyasda da rəğbət qazandığını və 6 milyon insan tərəfindən yükləndiyini bildirib:
"Bu mövzuda rəsmi qurumdan cavab almalıyam. Sualların əsasını təşkil edən səs yazısının necə və kimlər tərəfindən əldə edildiyi məlum deyil və bu səbəblərdən bu suallara texniki cavab vermək mümkün deyil".
Daha sonra İBB sədrinə fırıldaqçılıqla xalqa 260 milyon 755 min 555 TL zərər vurduğu iddia edilib. O, bütün bu ittihamları rədd edib.
Qeyd edək ki, İmamoğlu və 99 şübhəli "cinayətkar təşkilatın lideri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "hədə-qorxu ilə tələb etmə", "rüşvət alma", "ağır fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tender saxtakarlığı" maddələri ilə təqsirləndirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
"Fənərbağça" Dirk Kuytı göndərdi
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Türkiyədə yeni neft yataqları tapıldı
XƏBƏR LENTİ
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Sükut içində addımlar” filminin təqdimatında iştirak edib - (Foto)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)





