Türkiyə

“İstanbula Konstantinopol adını qaytaracağıq” – bu VİDEO sosial medianı ÇALXALADI

22 Mart 2025 10:24
Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial mediada yayılan və qısa müddətdə geniş müzakirələrə səbəb olan bir videoda, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun yaxın çevrəsinə aid olduğu bildirilən Cem Özdəmirin Türkiyəyə, Türk Dünyasına, İstanbula, Türk dəyər və mənəviyyatlna münasibətləri ciddi reaksiyalara və heyrətlərə səbəb olub. Videoda Cem Özdəmir açıq şəkildə Türkiyənin bəzi bölgələrinin kürd, erməni və Bizans torpaqları olduğunu iddia edir və Ankara ilə İstanbula qədim xristian adlarının yenidən verilməsini tələb edir.

Videoda səsləndirilən fikirlər arasında "İstanbula Konstantinopol deyə bilməyəcəyikmi?", "Ərazilərə tarixi - yəni qeyri-türk - adları qaytaraq" kimi çağırışlar yer alır. Bu çıxışı edən şəxsin İmamoğlunun siyasi və mədəni çevrəsində yer aldığı, onunla eyni ideoloji xətti paylaşdığı iddia olunur.

Hazırda həbsdə olan Əkrəm İmamoğlunun adı bu və digər qalmaqallı istintaq dosyaları ilə hallandığı bir vaxtda, onun yaxın ətrafının belə ritorikası Türkiyə cəmiyyətində ciddi narahatlıq və etiraz doğurur.

Videoda səsləndirilən çağırışlar həm türk kimliyinə, həm də dövlətçiliyə qarşı ideoloji hücum kimi dəyərləndirilir. Sosial şəbəkələrdə bu görüntülə bağlı "Əgər İmamoğlu Türkiyənin başına keçərsə, başımıza gələnlər qorxunc olacaq" - kimi kəskin rəylər yazılır.

Milli.Az musavat.com-a istinadən  bu videonu geniş şərh etmədən, onu izləyicilərə təqdim edir və məsələnin ictimai müzakirəyə buraxıldığını qeyd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.