Türkiyədə nə baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbərliyinə qarşı aparılan istintaq çərçivəsində Ekrem İmamoğlu, mətbuat müşaviri Murat Ongun və digər 100-dən çox şəxs saxlanılıb. Onlarla bağlı şəhər uzlaşması və korrupsiya ittihamları ilə həbs qərarı verilib. İmamoğlunun evində axtarış aparılıb. İmamoğlu sosial mediada yayımladığı videoda zorakılıqla üzləşdiklərini, amma mübarizəyə davam edəcəyini vurğulayıb. Bu əməliyyatla bağlı İstanbulda bəzi metro stansiyaları bağlanıb və bir sıra tədbir qadağan edilib.
Milli.Az xəbər verir ki, onlarla polis tərəfindən İmamoğlunun Sarıyerdəki evində axtarış aparılıb və sonra polis müşayiəti ilə sağlamlıq müayinəsinə aparılıb.

İstanbulda başda Taksim olmaqla bəzi metro stansiyaları bağlanıb. Bütün kütləvi tədbirlərin ləğv edildiyi bildirilir. İnternetin də sürətinin azaldıldığı müşahidə edilir.
İstanbul Valiliyi şəhər üzrə nəzarəti qorumaq və yarana biləcək təxribata qarşı tədbir görmək məqsədilə 19-23 mart tarixləri arasında 4 gün müddətində hər cür toplantı, nümayiş və mətbuat açıqlamasının qadağan olunduğunu açıqlayıb.
100-dən çox insanla əlaqəli aparılan əməliyyatın Media A.Ş. tenderləri, şəhər uzlaşması və terrorla əlaqəli olduğu bildirilir. Açıqlamalar İmamoğlu və təqsirləndirilən şəxslər haqqında iki ayrı istintaqın başladığını göstərir. İlk istintaq "Şəhər uzlaşması" adı verilən quruluşla əlaqəlidir. Bu istintaq çərçivəsində İBB Başkanı Ekrem İmamoğlu, İBB Baş Katibinin müavini Mahir Polat və Şişli Bələdiyyəsi Başqanı Resul Ekrem Şahana həbs qərarı verilib. İkinci istintaq "korrupsiya" ittihamı ilə əlaqəlidir.
İmamoğlu evindən paylaşdığı videosunda, "Hər birinizi çox sevirəm, özümü millətimə əmanət edirəm. Mübarizəyə davam edəcəyəm", - söyləyib. Murat Ongun isə sosial media hesabından verdiyi açıqlamada "Bu saatdan sonra Ekrem İmamoğlu Türk millətinə əmanətdir. Qoruyun, dəstəkləyin! Milləti məğlub edə bilməzlər. Hər şey çox gözəl olacaq", - deyib.
İstanbul Cumhuriyyət Başsavcılığı tərəfindən verilən açıqlamaya görə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digərləri ilə bağlı başlatılan istintaq yayılan video görüntülər əsasında aparılır. İstintaq qeyri-qanuni bəxşiş toplama hadisələri ilə əlaqədar olaraq başladılıb və şahidlərin ifadələrinə əsasən, Ekrem İmamoğlu və digər şübhəlilərin iş adamlarını pul verməyə məcbur etdikləri bildirilir.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
XƏBƏR LENTİ
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)





