Türkiyə

Türkiyədə qatar inşaat sahəsinə qaya düşdü - Ölən və yaralanan var - VİDEO

10 Mart 2025 17:41
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kayseri'nin Kocasinan mahalında Karakımse bölgəsində sürətli qatarın tikinti sahəsinə qaya parçası düşüb. 

Milli.Az türk mediasına istinadla xəbər verir ki, Kayseri-Yerköy Yüksək Sürətli Qatar Xətti tikinti sahəsində çalışan yeddi işçidən beşi xilas ola bilib, daş parçalarının altında qalan bir işçi ölüb, digər bir işçi isə yaralanıb. Vali Gökmen Çiçək yaralanan işçinin ayağında iki-üç sınıq olduğunu, lakin həyatının təhlükə altında olmadığını açıqlayıb.

AFAD hadisə yerinə gəldikdən sonra, yerli vətəndaşın ilk bildirdiyi məlumatda dağıntılar altında heç kimin olmadığını və yalnız bir nəfərin xəsarət aldığını bildirilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.