Azərbaycanda məşhur hotellərin Novruz tətili qiymətləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bölgələrdə məşhur hotellərin Novruz tətili günlərində qiymətləri açıqlanıb.
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. Bu il həm Novruz, həm də Ramazan bayramı münasibətilə martın 20-dən 31-dək ardıcıl 12 gün qeyri-iş günü olacaq. Artıq insanlar bayram tətilini daha səmərəli və daha yaddaqalan etmək üçün planlarını qurur və səfər çantalarını indidən hazırlayıblar. Ənənəvi olaraq, bayram tətilini ölkə xaricində qeyd edənlərlə yanaşı, yerli turizm zonalarına üz tutanlar da az deyil.
İqtisadiyyat.az bu məqsədlə regionlarda bayram günlərində hotellərin qiyməti ilə bağlı araşdırma aparıb.
Şamaxı rayonunda yerləşən "Şamaxı Palace"da Novruz tətili günlərində qiymətlər 20-23 mart tarixlərində 370 manat, 24-30 mart tarixlərində 298 manat, 31 martda isə 251 manat təşkil edir. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Marxal Resort & Spa" hotelində 20-23 mart tarixləri üçün yerlər dolub. Martın 24-ü üçün 250 manat, 25-30 mart tarixləri üçün 210 manat, 31 mart tarixi üçün isə 160 manat müəyyənləşib. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Şəki Palace"da 20-31 mart aralığında Novruz tətilində qiymətlər 140 manatdan başlayır və 190 manatadək yüksəlir. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Lənkəran Springs"də Novruz tətili üçün hotel qiymətləri müxtəlifdir. Burada qiymət 20 martda 340 manat, 21 martda 500 manat, 22-23 martda 400 manat, 24-30 martda 280 manat, 31 martda isə 275 manat təşkil edir. Burada da qiymətlər 2 nəfər üçün müəyyənləşib. Digər hotellərdən fərqli olaraq, burada 20-25 mart tarixlərində canlı musiqilər olacaq.
Tətil günlərini 20-24 mart tarixlərini "Basqal Resort & Spa"da qeyd etmək 360 manata başa gələcək. 25-27 martda qiymətlər bir qədər enib 210 manat təşkil edəcək. Amma tətil günlərini 28-30 mart tarixlərində "Basqal Resort & Spa"da qeyd etmək yenidən 360 manat müəyyənləşib.
"Shabran Wellbeing Resort" hotelində qiymətlər 210 manatdan başlayır. Belə ki, burada 20-24 mart tarixlərində istirahət etmək 250 manata, 25-30 mart tarixləri üçün isə qiymətlər 210 manat müəyyənləşib. Bu qiymət 2 nəfər üçün nəzərdə tutulub.
"Maricel Astara Resort" hoteli Novruz tətili günlərində bir turisti 89 manata qarşılayacaq. Cəmi bir nəfər üçün müəyyən olunan bu qiymətə səhər və şam yeməyi, gecələmə, şou proqramları, uşaqlar üçün oyunlar, keçəl və kosa şousu, müxtəlif müğənnilərin çıxışı və s daxildir.
Naftalanda yerləşən "Çinar Health Hotel" martın 31-dək xüsusi kampaniya başladıb. Belə ki, burada 2 nəfərin 3 dəfə qidalanması da daxil olmaqla 7 gecə (8 gün) istirahət etməsi cəmi 1400 manata başa gələcək. Normalda isə qiymətlər 20-26 mart tarixlərində 195 manat, 27-31 mart tarixlərində isə 160 manat təşkil edir.
"Qalaaltı Hotel & SPA"da Novruz tətili 280 manatdan başlayır. Bu qiymət 20-23 mart tarixlərini əhatə edəcək və bu müddətdə 4 günlük bayram proqramı olacaq. Digər günlər isə 210 manat və 255 manat müəyyənləşib.
Qəbələdə yerləşən "Qafqaz Tufandag Hotel"də Novruz günlərində qiymətlər 283-403 manat arasında dəyişir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər
-
Nazirin üstünə qışqıran hərbçiyə medal verildi
-
Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
-
Paytaxtın 12 küçəsində tıxac var
-
İtaliya Fransanı məğlub edərək qrup liderliyinə yüksəldi
-
“Məni zəhərləmək istəyənlərə heç nə olmamış kimi davrandım” - Nazpəri Dostəliyeva
-
Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
-
Üçüncü dünya müharibəsi nə vaxt başlaya bilər: Süni intellekt açıqladı
-
"Dizlərimin üzərinə daş qoyaraq suyun dibində otururdum" - Halit Ergenç
-
Pomidoru soyuducuda saxlamayın
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
“Təhminə ilə taleyimiz oxşayır” - Pərvin Abıyeva
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva “Sükut içində addımlar” filminin təqdimatında iştirak edib - (Foto)
-
Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb - (Foto/Video)





