Abdullah Öcalandan tarixi ÇAĞIRIŞ: "PKK dağılmalıdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
PKK terror təşkilatının rəhbəri Abdullah Öcalan həbsdən tərəfdarlarına müraciət edib.
Milli.Az xəbər verir ki, MHP lideri Dövlət Baxçalının PKK-nın silahı yerə qoyması və ləğv edilməsi çağırışı ilə başlayan prosesdə DEM Partiyasının heyəti Abdullah Öcalanla görüşmək üçün İmralıya gedib. Səfərdən sonra heyət Öcalanın mesajını ictimaiyyətə çatdırıb. Bəyanatdan əvvəl görüşdə çəkilmiş foto paylaşılıb. Fotoda terror təşkilatının lideri Abdullah Öcalan da yer alıb.DEM Partiyası İmralı heyəti canlı yayımda terror təşkilatı PKK lideri Abdullah Öcalanın mesajını 4 dildə oxuyub. 40 illik terror bəlasına son qoyması gözlənilən çağırış 3 səhifədir. Öcalanın mesajında "PKK özünü buraxmalıdır" deyib.
İmralıdan göndərilən məktubda Öcalan deyib:
"Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və şiddətli hərəkatı olan PKK; Onun gücü və dəstəyi demokratik siyasi kanalların bağlanmasından irəli gəlirdi.
PKK qadağalardan törətdiyi problemlərə görə yaranmışdır. Cümhuriyyət tarixində ən uzun üsyançı hərəkat olan PKK-nın güclənməsi ekstremizmin nəticəsidir. 1000 ildir varlığını qoruyan Türk-Kürd münasibətləri ittifaqa doğru inkişaf etməlidir. Cümhuriyyətin 2-ci əsri yalnız demokratik uzlaşma ilə yaxşı ola bilər. Cənab Bahçeli və cənab prezident Ərdoğanın ortaya qoyduğu iradə sayəsində bu çağırışı edirəm.
Nəzəriyyə, proqram, strategiya və taktika baxımından əsrin real-sosialist sisteminin reallığının ağır təsirində qalıb. 1990-cı illərdə daxili səbəblərdən real-sosializmin çökməsi və ölkədə kimlik inkarının aradan qaldırılması, ifadə azadlığının həddindən artıq inkişafı PKK-nin öz həmkarları kimi ömrünü tamamladı və dağılmasını zəruri etdi. Bütün qruplar silahı buraxmalıdır". /"Unikal"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyəli müğənni 10 il həbs oluna bilər
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
XƏBƏR LENTİ
-
Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışladılar - (Foto)
-
Badamdarda sakinlərin təxliyəsi başladı - Yenilənib
-
Azərbaycan və Vyetnam bir sıra sənədlər imzalayacaqlar - (Video/Foto)
-
“RX Sərdaroğulları Holdinq”in direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
Tbilisidə binada partlayış - 4 nəfərin meyiti çıxarılıb
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
-
Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı
-
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
-
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
-
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir - təxribat
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)





