Türkiyə Milli Kəşfiyyat Təşkilatı PKK/KCK üzvü Rojda Azad kod adlı Zehra Sebat və Çirav Cudi kod adlı Serhat Erdoğan-ı İraqın Hakurk bölgəsində həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, MİT-in kəşfiyyat şəbəkəsi sayəsində, hər iki terrorçunun Türk Silahlı Qüvvələrinə qarşı hücum etmək üçün silah təlimi hazırlığında olduqları müəyyən edilib. Onların mövqeləri müəyyən edildikdən sonra əməliyyat qərarı verilərək, Zehra Sebat və Serhat Erdoğan Hakurk ərazisində həyata keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.
Qeyd edək ki, Rojda Azad kod adlı Zehra Sebat 2011-ci ildə PKK/KCK-nın kəndli kadrlarına qoşulmuş və İraqın Gare bölgəsində silahlı təlim almışdır. O, uzun müddət İraqın şimalında fəaliyyət göstərmiş və son olaraq YJA Star qadın təşkilatında Hakurk bölgəsində fəaliyyətini davam etdirmişdi. Çirav Cudi kod adlı Serhat Erdoğan 2021-ci ildə PKK-nın kəndli kadrlarına qoşulmuşdur. O, İraqda xüsusilə Avaşin, Zap, Metina və Hakurk bölgələrində silahlı fəaliyyət göstərmişdir və son olaraq təşkilatın xüsusi qüvvələrində yer alırdı.
Fidan
Milil.Az