Türkiyə

İstanbulda FETÖ əməliyyatı: 17 həkim saxlanıldı

17 Fevral 2025 13:22
Baxış: 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda mərkəzli olmaqla 10 vilayətdə eyni vaxtda FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində fəal həkim olduğu müəyyən edilən 17 nəfər nəzarətə alınıb.

Milli.Az əbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən təşkil edilən əməliyyat FETÖ-nün Tibbi İxtisas İmtahanına (TUS) hazırlıq məqsədilə istifadə etdiyi yataqxanalarla bağlı olub.

Eyni vaxtda keçirilən reydlərdə FETÖ ilə əlaqədə olduğu və təşkilati fəaliyyətlərdə iştirak etdiyi müəyyən edilən 17 həkim saxlanılıb. Ünvanda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və təşkilati sənədlər müsadirə edilib.

Hazırda polis idarəsində saxlanılan şübhəlilərlə bağlı əməliyyat tədbirləri davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.