Türkiyə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ərdoğan: "Qarabağ qan ağlarkən biz gülə bilmərik"
29 May 2010 13:59
Baxış: 157
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son aylar rəsmi Ankaranın regiondakı problemlərin həlli üçün səylərini artırması, İranın nüvə proqramı ilə bağlı probleminin və Fələstin məsələsinin həlli, İraqda sabitliyin bərqərar olması bütün dünyanın marağına uyğundur". Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində belə deyib. O qeyd edib ki, qonşu ölkələrdə baş verənlər ölkəsinə müsbət və ya mənfi təsir göstərəcək. Dağlıq Qarabağ münaqişəsinə toxunan türkiyəli baş nazir Azərbaycan və Ermənistan arasında olan problemin həllinin Türkiyəyə müsbət təsir göstərəcəyini bildirib.
"Bizim xarici siyasət anlayışımız, əvvəlcə öz bölgəmizdə sülhü, sabitliyi, rifahı təsis etməyə istiqamətlənib. Buna diqqətinizi çəkim ki, biz, Türkiyə olaraq, "İraqdan bizə nə?" deyə bilmərik. Biz, İranın məsələlərinə biganə qala bilmərik. Suriya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Rusiya, Gürcüstanın problemləri təbii olaraq bizə də təsir edər. Qarabağ qan ağlarkən biz gülə bilmərik, Fələstin gözyaşı tökərkən biz sevinə bilmərik. Orta Şərqin, Balkanların, Qafqazın taleyi bizim taleyimizlə birgə yazılmışdır", deyə Ərdoğan bəyan edib.
Rəsmi Ankaranın aktiv xarici siyasətinin "qonşularla sıfır problem" anlayışının üzərində qurulduğunu deyən Ərdoğan İran məsələsinə toxunarkən Türkiyənin və Braziliyanın 1200 kiloqramlıq aşağı nisbətdə zənginləşdirilmiş uran qarşılığında İrandan nüvə məsələlərində istifadə etmək üzrə yanacaq alacağını və mübadilə əməliyyatının Türkiyədə reallaşacağını söyləyib. Bu razılaşmanın regiondakı risklərin aradan qaldırılmasında çox ciddi bir addım olduğunu deyən Ərdoğan bununla Türkiyənin qlobal və regional məsələlərdə güclü və qabaqcıl bir rol boynuna götürdüyünə diqqət çəkib.
Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rio De Janeyroda keçirilən Sivilizasiyaların Birləşməsi forumunda İranın nüvə proqramı ilə əlaqədar olaraq ona qarşı çıxan dövlətləri, xüsusilə də İsraili tənqid edib. Baş nazir bildirib ki, İranın nüvə silahı əldə etməsini iddia edən dövlətlər səhvə yol verirlər və bu iddia əsassızdır.
Xatırladaq ki, bu ayın əvvəli Türkiyə, Braziliya və İran arasında İranın az zənginləşdirilmiş uranının Türkiyəyə göndərilməsini nəzərdə tutan müqavilə imzalanıb.
/ANSPRESS/

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Məleykə Abbaszadə tələbələrlə bufetdə nahar etdi
-
Məhsulun üzərindəki qiymət başqa, kassada başqa - “Araz” barəsində protokol
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
"Sabah"ın oyununu hansı kanal yayımlayacaq?
-
Sevdiyi oğlana evlilik təklifi edən qız pərt oldu (Video)
-
Bakıda iki azyaşlı bacı vəfat etdi
-
Fədayə Laçın tanınmaz halda (Video)
-
Kadırovun oğlu soyadını dəyişdi
-
Vinisius Junior Puşkaşa çatdı
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Özcan Deniz Park Cinemada “Son Yemek” filmini təqdim etdi (Foto)
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma