Türkiyə

Türkiyədə saxta içkidən ölənlərin sayı 70-ə çatdı

8 Fevral 2025 13:16
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 70-ə çatıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, daxil olan məlumata görə, şəhərdə saxta spirtli içkilər səbəbindən həyatını itirənlərin sayı 70-ə çatıb.

Bildirilib ki, saxta spirtli içki ilə bağlı xəstəxanaya müraciət edən 21 nəfərin müalicəsi davam edir, onlardan 8-i reanimasiyadadır.

İstanbul valisi Davud Gül ilin ilk ayında saxta və qaçaqmalçılıqla gətirilən spirtli içkilərə qarşı keçirilən əməliyyatlarda 190 şübhəlinin tutulduğunu, onlardan 11-nin həbs olunduğunu, 86 min 274 litr saxta və qaçaq spirtin ələ keçirildiyini açıqlayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.