78 nəfərin ölümünə səbəb olan hotel yanğını belə başlayıb - Günahkarlar bilindi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Bolu vilayətində 78 nəfərin həyatına son qoyan "Grand Kartal" hotelindəki yanğınla bağlı istintaq davam edir. Aparılan araşdırmalar nəticəsində yanğının necə başladığı müəyyən edilib.
Yanğının Başlanğıcı və Səbəbləri
Türkiyə mətbuatının məlumatına görə, yanğın gecə saat 03:21-də hotelin restoranında başlayıb. İddialara görə, mətbəx işçiləri səhər yeməyi hazırlamaq üçün manqalı yandırıb. Uzun müddət açıq qalan qurğunun üzərindəki qaynar yağ qəfil alışaraq alovlanıb.
Alovları görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyiblər. Lakin onlar yanğınsöndürən balondan istifadə etmək əvəzinə, alovu su ilə söndürməyə çalışıblar. Qaynar yağın su ilə təması nəticəsində alov daha da şiddətlənərək ətrafa yayılıb.
Yanğının təmizlənməmiş havalandırma sistemindən bacaya, oradan isə dam örtüyünə keçdiyi bildirilir. Qısa müddətdə bütün hotel alov içində qalıb.
Mətbəx işçilərinin panikaya düşərək qaçdığı, yanğın siqnalizasiyasının işləmədiyi üçün hoteldəki qonaqlara xəbərdarlıq edilmədiyi vurğulanıb. Restoranın yerləşdiyi 4-cü mərtəbədə başlayan yanğın sürətlə binanı bürüyüb.
Yanğınla bağlı səhlənkarlığı müəyyən edilən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz həbs edilib.
Hoteldə yoxlamaların sonuncu dəfə dekabrın 15-də aparıldığını bildirən sahibi Halit Ergül istintaqa ifadəsində bildirib:
"Yanğınla bağlı heç bir nöqsan aşkarlanmayıb. Yanğın siqnalizasiya sistemi mövcud idi, lakin çox güman ki, yanğın başlayanda zədələndiyi üçün işləməyib. Tüstü detektorları işə düşüb. Anormal bir vəziyyət baş verəndə baş aşpaz texniki heyətə xəbər verməli idi."
Faciədən sağ çıxan aşpaz Mustafa Serbest baş verənləri belə təsvir edib:
"Hər yer tüstü içində idi, qışqırıq səsləri hoteli bürümüşdü. Cəhənnəm yaşadıq. Hoteldə yanğın detektoru var idi, amma işləmirdi. Mən yanğınsöndürən balon görmədim. Bildiyimə görə, baş aşpazın kabinetinin qarşısında biri var idi. Hoteldə suvarma sistemi yox idi. Yanğın pilləkəni var idi, amma heyət tərəfindən istifadə olunurdu. Üstəlik, xilasetmə pilləkənlərinin qapıları taxtadan idi."
Hadisə ilə bağlı istintaq davam edir.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə ordusu şəhid verdi
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
TFF-dən "Fənərbağça" və "Qalatasaray"ın futbolçusuna ağır cəza
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
XƏBƏR LENTİ
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var
-
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
-
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi





