Türkiyə

Ermənistanda tutulan cinayətkar məhkəmə qarşısında - 43 cinayət əməli

21 Yanvar 2025 12:41
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda tutularaq Türkiyəyə gətirilən cinayət təşkilatının rəhbəri Ercan Yılmaz məhkəmə qarşısına çıxarılıb.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə polisi tərəfindən Ermənistandan Türkiyəyə gətirilən mütəşəkkil cinayətkar qruplaşmanın lideri Ercan Yılmaz və cinayət təşkilatının üzvü İbrahim Kaymak polis bölməsindəki əməliyyatları tamamlandıqdan sonra Ankara Ədliyyəsinə göndərilib.

Polis təhlükəsizlik səbəbi ilə mətbuata fotoşəkil çəkməyə icazə verməyib.

Yılmaz 15 ildir 43 həbs qərarı ilə milli səviyyədə, 14 ildir isə İnterpol tərəfindən qırmızı xəbərdarlıqla beynəlxalq səviyyədə axtarışda olub və Barış Boyun cinayət təşkilatı ilə əlaqəsi olan cinayət təşkilatının rəhbəridir; Kaymakın 6 il müddətində 10 həbs qərarı ilə ölkə səviyyəsində, 1 il isə İnterpolun qırmızı bülleteni ilə beynəlxalq səviyyədə axtarışda olduğu və cinayət təşkilatının üzvü olduğu bildirilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.