Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Suriyadakı vəziyyətlə bağlı Türkiyəni ittiham edib və iddia edib ki, Ankara ABŞ və İsrailin tələsinə düşüb. Bu açıqlama İranın Suriyada düşdüyü çıxılmaz vəziyyətdən qaynaqlanır.
Milli.Az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı sosial şəbəkə hesabında yazıb.
Tehran Şam və Ankara arasında təmaslar yaradaraq, vəziyyətə nəzarəti saxlayacağına ümid edirdi. Halbuki Ərdoğanın daha öncə Əsədə görüş çağırışı cavabsız qalmışdı.
Hakan Fidanla görüşdən əliboş qayıdan Arakçı da fikir ayrılığının olduğunu etiraf edib. Fikir ayrılığının təməlində Əsədin suriyalı müxaliflərə münasibəti dayansa da, hazırda baş verənlər Türkiyənin maraqlarına uyğundur:
1. Hələbin nəzarətə götürülməsi İdliblə yanaşı, Türkiyədəki suriyalıların köçürülməsi imkanı yaradır və bu, Ankaranın yükünü azalda bilər;
2. PYD/YPG terror qruplaşmasının bölgədə sıxışdırılması imkanları yarandı: Tel-Rıfatın nəzarətə götürülməsindən sonra Menbiçə mümkün əməliyyat gündəmə gəlib və bu, Ankaranın hələ 2018-ci ildə həyata keçirmək istədiyi strategiya idi;
3. Fərat sahilinə çıxmaq əsasən çayın şərqində terrorçuların ən azı mümkün irəliləyişinin qarşısının alınması və sıxışdırılması baxımından əhəmiyyətlidir;
4. PYD/YPG-nin sıxışdırılması ABŞ-da hakimiyyətin təhvil verilməsindən öncə Türkiyənin əlini gücləndirir: Trampın "Suriya demokratik qüvvələri" adı altında legitimləşdirilən terrorçulara açıq dəstək verəcəyi gözləntisi böyükdür;
5. Mövcud vəziyyətdə Türkiyənin Suriyada hər iki tərəf - İran-Rusiya və ABŞ-İsrail üçün həlledici oyunçu rolu gücləndi və hər iki tərəf Ankara ilə razılaşmaq üçün onun maraqlarını nəzərə almalıdırş
"Heyət Təhrir əş-Şam"ın (HTŞ) hücumunda məsuliyyəti Türkiyənin üzərinə qoymaq cəhdləri olsa da, Ankaranın bundan rəsmi şəkildə imtina etməsi ən doğru gediş idi. Çünki Qərbdə terror təşkilatı kimi tanınan HTŞ üzərindən Türkiyəni "terrora dəstək verən ölkə" kimi göstərəcək və bundan PYD/YPG məsələsində istifadə edəcəkdilər, buna paralel olaraq, Ankara Moskva və Tehranla birbaşa üz-üzə qalacaqdı. Buna imkan verməyən Türkiyənin HTŞ-nin hücumundan sonra yaranmış vəziyyətdən həm hərbi, həm siyasi müstəvidə mövqelərini gücləndirmək üçün istifadə etdiyi görünür.
Suriyada hələki üstün tərəf Türkiyədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
XƏBƏR LENTİ
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)





