Ankarada baş verən terror aktı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, terrorçular hadisə yerinə 06 JMT 07 nömrə nişanlı taksi ilə gəliblər.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı hücumçuların taksini qaçırdığı məlum olub.
Hücum zamanı həlak olan 5 nəfərdən biri, taksinin sürücüsü Murat Arslanın meyiti maşının baqajından tapılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun