Sürücünü öldürüb, taksini qaçırıblar - Ankaradakı terrorun detalları

24 Oktyabr 2024 00:57

Ankarada baş verən terror aktı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, terrorçular hadisə yerinə 06 JMT 07 nömrə nişanlı taksi ilə gəliblər.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı hücumçuların taksini qaçırdığı məlum olub.

Hücum zamanı həlak olan 5 nəfərdən biri, taksinin sürücüsü Murat Arslanın meyiti maşının baqajından tapılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun