Türkiyə

Türkiyə ekoloji fəlakətlə üz-üzə

16 Sentyabr 2024 14:08
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Təbiəti Qoruma Dərnəyinin (TTKD) elmi müşaviri Erol Kesici ölkədəki 240 göldən 186-nın son 60 ildə tamamilə quruduğunu, qalanlarının isə quraqlıq və həddindən artıq çirklənmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alim Türkiyədə göllərin problemlərinə diqqət çəkmək məqsədilə sentyabrın 17-də İstanbulda xüsusi toplantı keçiriləcəyini bildirib.

"Problemlər kifayət qədər ciddidir. Su səviyyəsi, səth sahələri, çirklənmə, oksigen çatışmazlığı... Təəssüflər olsun ki, milyonlarla il əvvəl yaranmış təbii göllərimizin bir çoxu son 60 ildə, xüsusilə də son illərdə əsas problemlərin həllinin təxirə salınması səbəbindən həddindən artıq quruyub. Bu baxımdan ölkəmizdəki 240-a yaxın irili-xırdalı gölün demək olar ki, 186-sı quruyub, qalanları isə göl statusunu tamamilə itirib", - Kesici qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.