Türkiyə

Qeyri-adi gözəllik yarışması: Podiumda pişiklərdir - FOTO

30 Aprel 2024 05:05
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Tokat rayonunda Dünya Baytarlıq Günü münasibətilə pişik gözəllik yarışması keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tokat Baytarlıq Palatasının bağçasında keçirilən yarışmada "bəzəkli" və "baxımlı" kateqoriyalarında 28 pişik podiuma çıxıb.

Münsiflər heyəti müsabiqədə iştirak edən pişiklərin gözlərini, qulaqlarını, pəncələrini və bədənlərini yoxlayıb.

Baxımlı kateqoriyada Feyza Gökçenin pişiyi Şila, bəzəkli kateqoriyada isə Songül Elcenin pişiyi Salen birinci olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.