Türkiyə

HƏMAS lideri: “Türkiyə Qəzza üçün qarant ölkə olmalıdır”

21 Aprel 2024 17:22
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya, Misir, Qətər və Türkiyə Qəzza zolağının təhlükəsizliyinin təminatçısı olmalıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə çıxış edib.

O, "A Haber" telekanalına müsahibəsində bildirib ki, HƏMAS-ın bu məsələdəki tələbləri qüvvədə qalır.

"Biz Misir, Qətər, Türkiyə və Rusiyanın BMT-nin qarant ölkələri olmasını istəyirik. Təbii ki, ABŞ də gələcəkdə ola bilər. Lakin İsrail buna davamlı olaraq qarşı çıxır", - o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.