Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Qırğız Respublikasına səfəri başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19 fevral 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Xarici İşlər nazirinin müavini Aybek Moldoqaziyev ilə görüşüb.
Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, görüş Fondun prezidentinin Qırğızıstan Respublikasına səfəri çərçivəsində baş tutub.
Görüş zamanı Fondun Qırğız Respublikası ilə cari və planlaşdırılan əməkdaşlığına dair konstruktiv fikir mübadiləsi aparılıb, təşkilatın 2024 və 2025-ci illər üçün fəaliyyət planları ətraflı müzakirə olunub.
Fondun prezidenti Qırğızıstan tərəfinə Qırğız Respublikasında həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də bu çərçivədə ilk olaraq Alıkul Osmonovun Bişkekdəki ev-muzeyinin bərpası və muzeyləşdirilməsi barəsində məlumat verib. Ortaq Türk mədəni irsinin çoxtərəfli platformalarda təbliği istiqamətində atılan addımlar ətraflı nəzərdən keçirilib. Aktotı Raimkulova Fondun fəaliyyətinə daimi dəstəyə görə Qırğızıstan tərəfinə təşəkkür edib.
Aybek Moldoqaziyev Fondun qırğız xalqının mədəni və mənəvi irsinin beynəlxalq aləmdə təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirərək, yaxın gələcəkdə Qırğızıstan tərəfinin təklif etdiyi yeni əməkdaşlıq istiqamətlərini qeyd edib.
Tərəflər Fond ilə Qırğız Respublikası arasında tərəfdaşlığın yüksək aktivliyini, o cümlədən Türk Dünyasının mədəni irsinin qorunması və təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Mert Günok Türkiyə millisindən ayrıldı
XƏBƏR LENTİ
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)





