Türkiyə

Dəhşətli qəza: Ana və körpələri maşının altında QALDI

17 Yanvar 2024 18:10
Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Kocaelinin Darıca rayonunda parka gedən ana və uşaqlarını inşaat maşını vurub. 

Milli.Az news24.az-a istinadən xəbər verir ki,  qəza Kazım Karabəkir rayonu Alkın küçəsində baş verib. Əldə edilən məlumata görə, Şahin S.-nin idarə etdiyi iş maşını uşaqları ilə parka gedən 29 yaşlı Ceylan Şahini geriyə manevr edərkən vurub.

Qəza zamanı uşaq arabasında olan Elis Ada iş maşınının altında qalaraq faciəvi şəkildə dünyasını dəyişib. Qəzadan 3 yaşlı Gülbəyaz və anası xəsarət almadan xilas olub. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.