Türkiyə ixracatı Cümhuriyyət tarixinin rekordunu qırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin ixracatı ötən il bir əvvəlki ilə nisbətən 0,6 faiz artaraq 255 milyard 809 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm cümhuriyyət tarixində rekord olub. 2023-cü ilin oktyabr ayından etibarən illik xidmət ixracı rekord səviyyəyə - 99 milyard 254 milyon dollara çatıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il üçün ixracat göstəricilərinin açıqlanmasına dair tədbirdə çıxışında deyib.
Türkiyənin yaxın keçmişdə təbii fəlakətlər, terrorizmlə mübarizə, dövlət çevrilişinə cəhd, lirənin məzənnəsinin qeyri-sabitliyi kimi problemlərə məruz qaldığını xatırladan Ərdoğan deyib: "Bütün bunları nəzərə alsaq, ölkə iqtisadiyyatında əldə edilən uğurların nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayırıq. Bütün bu hadisələrin baş verdiyi 2012-2022-ci illərdə dünya iqtisadiyyatı illik orta hesabla 3,4 faiz artdığı halda, Türkiyə iqtisadiyyatında artım orta hesabla 6 faiz olub. Son bir neçə il ərzində bütün dünyaya dərindən təsir edən COVID-19 pandemiyası ilə qlobal tədarük zəncirinin qırılması, Rusiya-Ukrayna qarşıdurması ilə xammal və enerji böhranının təsirləri belə ölkə iqtisadiyyatını ləngidə bilmədi və Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,5 faiz artdı. Bu artım tempinə ən böyük töhfə 2,4 balla ixracatçılardan verildi. 2023-cü ilin üçüncü rübündə 5,9 faiz artaraq son 13 rübdə fasiləsiz böyümə tendensiyamızı davam etdirdik. Beləliklə, Türkiyə G20 ölkələri arasında ən sürətlə inkişaf edən ikinci ölkə oldu".
Türkiyə Prezidenti əlavə edib: "Dünyanın digər iqtisadiyyatları kimi, bizim də ən böyük başağrımız həyat bahalığına səbəb olan inflyasiyadır. Avropadan Amerikaya qədər son 60-70 ilin zirvəsinə çatan inflyasiya, görülən bütün tədbirlərə baxmayaraq yüksək olaraq qalmaqdadır".
Rəcəb Tayyib Ərdoğan ölkəsinin 2024-cü ildə mal və xidmət ixracatını 375 milyard dollardan çox artıra biləcəklərinə inamını ifadə edərək Türkiyənin buna nail olmaq üçün kifayət qədər gücü olduğunu vurğulayıb: "Məqsədimiz türk məhsullarının tanınmadığı, ixracatçılarımızın ayaq basmadığı heç bir ölkə qalmamasıdır. Mövcud dəstəklərimizi gücləndirməklə yanaşı, ixracatçılarımıza yeni dəstək paketləri və yeni xidmətlər təklif etmək üçün hazırlıq görürük".
Türkiyə Prezidenti iqtidara gəldiyi 2002-ci ildə ölkənin ixracatdan aylıq orta hesabla 3 milyard dollar əldə etdiyi halda, bu gün bu rəqəmin 21,3 milyard dollara çatdığını deyib.
Ölkə başçısının açıqlamalarından sonra Türkiyənin 2024-cü il üçün ilk ixracatı İstanbuldan edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)
-
Danlanın yenidən vəziyyəti pisləşdi - (Foto)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Türkiyədə Azərbaycanın "arzuolunmaz" elan etdiyi şəxs saxlanıldı
-
Türkiyədə holdinq sahibi həbs olundu
XƏBƏR LENTİ
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
“Uğurumun 90 faizi Röya ilə bağlıdır” - Hüseyn Məhəmmədoğlu
-
Sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - (Video)
-
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
-
Yardımlıda qaz olmayacaq
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Nagihan estetik əməliyyatdan sonra - (Foto)
-
Günün qoroskopu: Köhnə dostlarınızla görüşməyiniz mümkündür
-
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
-
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
-
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
-
Qadın evində qətlə yetirilib, qohumu tutulub - (Video)
-
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
-
Ulduz futbolçu "Barselona"ya qayıtmaq arzusundadır
-
Salyanda ailə faciəsi - anası, atası və qardaşı arvadını bıçaqladı - (Video)
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"





