Türkiyə

Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracının həcmi açıqlandı

21 Dekabr 2023 09:48
Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 faiz azaldaraq 101,5 milyon dollara çatdırıb.

Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Azərbaycana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,9 faiz azaldaraq 10,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 31,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 3,2 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 10,4 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.