Türkiyə

İstanbulda ZƏLZƏLƏ HAZIRLIĞI: Plan tərtib edilir

11 Dekabr 2023 08:28
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin hakimiyyət orqanları 2024-cü ilin əvvəlində İstanbulun mənzil fondunun yenilənməsi planını həyata keçirməyə başlayacaq.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bildirib.

"Maksimum 10 gün ərzində təmir planını hökumətin iclasında təqdim edəcəyəm. Bütün lazımi normativ aktları 15-20 gün ərzində hazırlayacağıq və gələn ilin əvvəlində həmvətənlərimizə proqramın başladığını elan edə biləcəyik", - deyə nazir bildirib.

Qeyd edək ki, bu təşəbbüsün mümkün güclü zəlzələyə hazırlıq məqsədilə həyata keçirilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.