Kayseridə Mustafa Halıcıoğlu adlı şəxs evinin altında 2 min illik yeraltı şəhər tapıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə işə başlayan mütəxəssislər tapıntının təfərrüatını açıqlayıblar.
Kayserinin Melikqazi səmtinin Ağırnas məhəlləsində yaşayan Mustafa Halıcıoğlu 5 il əvvəl evini təmir etdirməyə başlayıb.
Halıcıoğlu küçədəki 4 evin hamısını alaraq təmir işlərini genişləndirib. Bu sırada ot tayası kimi istifadə edilən əraziləri təmizləyən Halıcıoğlu evinin altında yeraltı şəhər olduğunu aşkar edib.
Halıcıoğlunun kəşf etdiyi yeraltı şəhər üzə çıxarılıb.
Yeraltı şəhərə "Halıcıoğlu Yeraltı Şəhəri" adı verilib.
Fidan
Milli.Az