Türkiyə

Ata və qızı faciəvi şəkildə öldü - FOTO

23 Oktyabr 2023 11:13
Baxış: 2 491
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zonquldakda Kazım Özsoyun idarə etdiyi avtomobil xəndəyə yuvarlanıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Kazım Özsoy Ereğli rayonunun Güllük kəndində yanacaq aldıqdan sonra geri dönərkən qəza törədib.

Maşın idarəetmədən çıxaraq kanala uçub. Qəzada avtomobildə olan ata Kazım Özsoy hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə gələn tibbi yardım avtomobildə yaralı halda tapılan 5 yaşlı qızı Nazife Özsoya ilkin yardım göstərib. Lakin bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.