ABŞ-də ermənilərin hücum etdiyi türk hadisədən danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənubi Kaliforniya Universitetində "Türkiyənin ictimai diplomatiyası" mövzusunda keçirilən konfransın iştirakçılarına qarşı erməni radikal qruplaşmalarının hücumundan əvvəl ABŞ polisi universitetin daxilində təhlükəsizlik tədbirləri görmüş, girişləri nəzarət altına almışdı. Bina daxilində mühafizə yerində idi, amma çöldə belə deyildi. Diplomat olmadığımız üçün Türkiyənin Amerikadakı səfirliyinin göstərişi ilə universitetdən çıxdıq və avtomobillərimizə doğru irəlilədik. Avtomobillərə minəndə ermənilər bizə hücum etdilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyənin Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş ABŞ-nin Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə "Türkiyənin ictimai diplomatiyası" mövzusunda keçirilən konfrans iştirakçılarına qarşı erməni radikal qruplaşmalarının hücumu barədə danışarkən deyib.
"Amma Türkiyənin ABŞ-dəki səfiri Həsən Murat Mərcan və ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri bir saat yarım orada qaldılar. Ceyms Cefri Amerikada belə bir hadisənin baş verməsindən kədərləndiyini söylədi. Erməni diasporu universitetə təzyiq göstərir, rektorun istefasını və kafedranın professorlarının qovulmasını tələb edir. Türkiyə Cümhuriyyəti olaraq universiteti, bizi qoruyan diplomatları, tələbələri müdafiə etməli və onlara sahib çıxmalıyıq ki, haqq davamızı bütün dünyaya izah edə bilək", - deyə o əlavə edib.
Yunus Emrə İnstitutunun rəhbəri qeyd edib ki, ermənilərin provokasiyalarına, təhdidlərinə baxmayaraq, bu konfrans baş tutub:
"Qabaqlayıcı tədbir görərək, bu proqramın həyata keçirilməsi çox önəmli və dönüş nöqtəsidir. Türkiyəni təmsil edən qeyri-hökumət təşkilatı kimi geri addım atmamalıyıq. Erməni dəhşətini, vandalizmini televiziya kanallarımızda nümayiş etdirmək lazımdır. Bu, yalnız prezidentin, Xarici İşlər Nazirliyinin, rəsmi şəxslərin deyil, bütün Türk dünyasının mübarizəsidir".
Şeref Ateş vurğulayıb ki, yayılan videolarda da erməni gənclərin yaşlı insanlara, qonaqlara və izləyicilərə hücum etdiyi aydın şəkildə görünür:
"Bunu dünyaya göstərməliyik, yəni bir tərəfdən terrorçu olacaqsan, vəhşilik edəcəksən, digər tərəfdən də məzlum rolunu oynayacaqsan. Türkiyə ilə Azərbaycan arasında son illərdəki güclü əməkdaşlıq xaricdəki diasporu narahat edir, lakin onlar nə qədər narahat olsalar da, biz sakitliyimizi qoruyub Anadolunun müdrikliyini, mədəni zənginliyini bütün dünyaya göstərməliyik".
Qeyd edək ki, sentyabrın 29-da ABŞ-nin Los-Anceles şəhərində erməni radikal qruplaşmaları Cənubi Kaliforniya Universitetində Annenberq Kommunikasiya və Jurnalistika Fakültəsi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan "Türkiyənin ictimai diplomatiyası" mövzusunda konfrans iştirakçılarına hücum ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





