Türkiyə

İstanbul 9 ilə susuz qala bilər

29 Avqust 2023 17:22
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Türkiyənin Mərmərə bölgəsində yağıntıların azalması nəticəsində İstanbulu su ilə təmin edən bəndlərdə doluluq səviyyəsi 29,7 %-ə düşüb ki, bu da son 9 ildə ən aşağı həddir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İstanbulun Su və Kanalizasiya İdarəsi (İSKİ) məlumat yayıb.

Qurum bəyan edib ki, bəndlərin tutumu 868 milyon 683 min kubmetr olsa da, hazırda onlarda 258 milyon 68 min kubmetr su var. Bu ehtiyatla İstanbulu təxminən 2 ay içməli su ilə təmin etmək mümkündür.

İSKİ-nin yaydığı hesabata əsasən, bəndlərin doluluq göstəriciləri 2015-ci ildə orta hesabla 69,6 %, 2016-cı ildə 53,3 %, 2017-ci ildə 63,1 %, 2018-ci ildə 62,8 %, 2019-cu ildə 59,7 %, 2020-ci ildə 47,9 %, 2021-cı ildə 58,6 %, 2022-ci ildə 58,9 % təşkil edib.

Sözügedən nisbət sonuncu dəfə 2020-ci il noyabrın 2-də 30 %-dən aşağı düşüb və 29,8 % təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.