Türkiyə

Türkiyəni investisiyalarla inkişaf etdirmək məqsədimizi mərhələli şəkildə həyata keçirəcəyik - Ərdoğan

25 Avqust 2023 16:25
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəni investisiyaların cəlb edilməsi və məşğulluq yolu ilə inkişaf etdirmək məqsədimizi mərhələli şəkildə həyata keçirəcəyik.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Bitlisdə çıxışı zamanı deyib.

Ərdoğan onu da bildirib ki, Bitlisin yerləşdiyi bölgə terrorçulardan təmizləndikcə buraya yeni sərmayələr cəlb ediləcək.

"Müxalifətdən fərqli olaraq Cümhur İttifaqı yalnız xalqın mənfəətləri və rifahı üçün çalışır. Biz son 21 ildə hər sahədə buna nail olmuşuq. Türkiyə üçün bizdən əvvəl görülənlərdən qat-qat daha artıq işlər görmüşük", - deyə o əlavə edib.

Ərdoğan onu da vurğulayıb ki, Bitlis tekstil sahəsində bölgənin istehsal mərkəzinə çevrilir.

"Bu gün ümumi investisiya məbləği 4 milyard lirədən çox olan 12 istehsal obyektimizi istifadəyə veririk", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.