Türkiyə

Yanvar-iyun aylarında Türkiyənin Gürcüstana hazır geyim ixracı 66 milyon dolları ötüb

12 İyul 2023 12:28
Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Gürcüstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 66,6 milyon dollara çatdırıb.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyun ayında Türkiyə Gürcüstana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 14,3 faiz artaraq 12,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.

Bu ilin iyun ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.