Türkiyə

"Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib"

31 May 2023 17:08
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə 14 və 28 may tarixlərində keçirilən seçkilərin nəticələrindən biri də Prezident İdarəetmə Sisteminin növbəti dəfə xalqın etimadını doğrultmasıdır.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Xalqımız seçkilərin hər iki turunda "Türkiyə əsri"nə sahibləndiyini göstərib. Millətimizlə birlikdə 29 oktyabr 2023-cü ildə Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. "Türkiyə əsri" daha böyük hədəflərə çatmaq əzmidir. Seçimindən asılı olmayaraq səsvermədə iştirak edərək milli iradəsinə sahib çıxan bütün vətəndaşlarımıza təşəkkür edirəm", - deyə prezident Ərdoğan qeyd edib.

Məlumat üçün bildirək ki, Rəcəb Tayyib Ərdoğan 28 may tarixində Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,16% səslə qalib olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.