Türkiyə

Ankara-Sivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb

17 May 2023 15:08
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankara-Sivas yüksək sürətli qatarının bilet qiymətləri açıqlanıb.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, 1 iyun 2023-cü il tarixindən yüksək sürətli qatar xəttinin biletlərinin qiyməti 240 lirə olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayının sonuna qədər qatar xəttinin pulsuz istifadəyə veriləcəyini bildirmişdi.

Xatırladaq ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.

Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir. Qatar xətti aprelin 26-da istifadəyə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.