Türkiyə

Çavuşoğlu: ABŞ Suriyada terror dövlətinin qurulmasını dəstəkləyir

28 Aprel 2023 17:16
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları Suriyada terror dövlətinin qurulmasını dəstəkləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Hürriyet" qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ Türkiyənin Suriya rejimi ilə danışıqlara başlamasından narahatdır:

"Onların dəstəklədiyi terror təşkilatına qarşı mübarizə apardığımızı bilir. Bu təşkilat Suriyanı parçalamağa çalışır. Bizim rejimlə əlaqəmiz onlar üçün ciddi təhlükədir. ABŞ Suriyada sabitlik üçün yaradılmış platformalardan geri çəkilib. Yalnız bir İŞİD-lə bağll platformanı davam etdirir".

Nazir, həmçinin Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşünün tarixinə dair danışıqların davam etdiyini əlavə edib: "Biz, mümkünsə, görüşün seçkiyə bir neçə gün qalmış yox, daha tez olmasını istədik. Ruslardan gələn məlumata görə, seçki öncəsi dördtərəfli görüşün olacağını proqnozlaşdırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.