Türkiyə

Kahramanmaraşda qırılma xəttinin havadan görüntüləri yayımlandı - VİDEO - FOTO

11 Fevral 2023 10:42
Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kahramanmaraşın Tevekkeli kəndində kilometrlərlə uzanan fay xəttindəki qırılma ard-arda baş verən zəlzələlərin şiddətini bir daha ortaya qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin direktoru, professor Hasan Sözbilir yazılı açıqlama verib.

O bildirib ki, zəlzələdən sonra müxtəlif universitetlərin zəlzələ üzrə mütəxəssisləri ilə birlikdə bölgədə araşdırmalar aparılır.

Digər tərəfdən AFAD-ın zəlzələ və risklərin azaldılması üzrə baş direktoru Orhan Tatar da keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı danışıb.

"Şərqi Anadolu qırılma xəttinin müxtəlif qırılma qolları üzərində təxminən 400 kilometrlik bir xətt boyunca və 8-10 kilometrə qədər dərinlikdə Yer qabığının hazırda 3-4 metr ölçüdə deformasiyaya uğradığını görürük. Bir çox dostlarımız, mütəxəssislər, akademiklər bögədə araşdırmalar aparır. Artıq dünəndən etibarən bölgədən bəzi məlumatlar gəlməyə başlayıb. Nəzər yetirdikdə magistral və dəmir yollarının 3-4 metrə qədər deformasiyaya uğradığının şahidi oluruq. Bu, həqiqətən də böyük zəlzələdir", - deyə o qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.