Türkiyə

"Kömək edən bütün xalqlara təşəkkür edirəm" - VİDEO

9 Fevral 2023 18:40
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur aktyor Kerem Bürsin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı çağırış edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktyor sosial media hesabında yardım istəyib:

"Hər kəsə salam... Artıq bildiyiniz kimi, fevralın 6-da Türkiyənin 10 şəhərində 7,7 və 7,5 bal gücündə iki zəlzələ baş verib. Demək olar ki, zəlzələ 14 milyon insana birbaşa təsir edib. Zəlzələ nəticəsində 10 minə yaxın bina dağıldı. Ediləcək bütün köməkləri gözləyirik. Bu videonun altında sizə kömək edə biləcəyiniz yerlərə keçidlər görəcəksiniz. Beləliklə, bütün lazımi ehtiyacları təmin edə bilərik. Kömək etmək istəyən və kömək edən bütün xalqlara təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.