Türkiyə

Gənc qız faciəvi şəkildə öldü, onu görən tibb işçisinin halı pisləşdi - VİDEO

7 Oktyabr 2022 19:34
Baxış: 1 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Sarıyer rayonunda özəl qızlar yataqxanasında qalan əcnəbi tələbə faciəvi şəkildə həyatını itirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində Sarıyer Ayazağada özəl qızlar yataqxanasında baş verib. İddiaya görə, Sabahattin Zaim Universitetinin 24 yaşlı tələbəsi Maha İbrahim Ömər naməlum səbəbdən yataqxananın eyvanından yıxılıb. Dəmir barmaqlıqlara ilişib qalan Somali əsilli gənc qız dəhşətli şəkildə can verib.

Hadisə yerinə polis, təcili yardım və tibb qrupları gəliblər. Yanğınsöndürənlərin cəhdlərinə baxmayaraq, qızın meyitini məhəccərlərdən çıxarmaq mümkün olmayıb. Məhəccərlər kəsilərək qızın meyiti ilə birlikdə təcili yardım maşınına yerləşdirilib. Hadisə yerində olan tibb işçilərindən birinin vəziyyəti gördüyü mənzərədən pisləşib. Tibb işçisinə iş yoldaşları təcili müdaxilə ediblər.

Ətrafdakı vətəndaşlar hadisəni heyrətlə izləyiblər. Yataqxanada olan tələbələrdən bəziləri dindirilmək üçün polis bölməsinə aparılıblar. Bəzi tələbələr də əşyalarını yığaraq yataqxanadan çıxıblar.

Hadisə ilə bağlı istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.