"Az qala ölürdüm. Daha doğrusu, ölümün astanasındaydım. Məni tez qurtarmasaydılar, Əbdülheyin əlindən öləcəkdim", - aktyor deyib.
Teleserialın son 50 seriyasında İzzet rolunu oynayan Erol Tezeren 150-ci seriyanın çəkilişlərində, ssenariyə görə, diri basdırmalıydı.
70 yaşlı Tezeren serialda Əbdülhey rolunu oynayan Kenan Çoban onun üzünə qrafindən su tökərkən az qalıb ki, boğulsun.
"Əslində, çəkilişdən əvvəl məşq etdim. Huşumu itirmiş vəziyyətdəykən üzümə su atacaq, sonra da diri-diri basdıracaqdılar. Əbdülhey rolunu oynayan Kenan Çoban da əlində boş qrafin tutmuşdu. Çəkiliş başladı, tabutda olduğum vaxt üzümə su töküldü.
Oyanmağa çalışdığımı göstərdim, amma Kenan qrafindəki suyu üzümə tökdü. Çaşmışdım, çünki məşqdə bu hərəkət yox idi. Həmin an nəfəs aldığım üçün su nəfəs boruma getdi, öskürməyə başladım. Rol oynadığımı düşünərək çəkilişə davam etdilər. Amma az sonra anladılar ki, ölüm astanasındayam", - Tezeren deyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Hürriyet