Türkiyə

Toy xərclərinin siyahısı bəyi şoka saldı - Tək gəlinin qardaşı üçün 10 minlik hədiyyə istənildi - FOTO

25 Fevral 2022 20:18
0 Şərh     Baxış: 3 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ailə qurmağa hazırlaşan gəlin tərəfinin bəyə verdiyi siyahı sosial mediada gündəm olub. Toy xərclərinin siyahısının ümumi dəyəri nə az, çox, 568 min türk lirəsi olub.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə inflyasiya rəqəmlərinin artması ilə evlənmək arzusunda olan gənclər də arzularını reallaşdırmaqda çətinlik çəkirlər. Sözügedən siyahıya evlilik hazırlıqları üçün bəydən tələb olunanlar daxil edilib. Siyahıdakı qiymətlər heyrətamiz idi. Ev, qızıl, məişət əşyaları, gəlinlik və hədiyyə kimi müraciətlərin yer aldığı siyahının 568 min TL olduğu görülüb. Siyahıda ən diqqətçəkən detal isə gəlinin qardaşı üçün tələb olunan 10 min TL-lik hədiyyə olub.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.