Türkiyə

Türkiyədə ağır qəza - 15 nəfər xəsarət alıb

16 Yanvar 2022 10:55
0 Şərh     Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sivasda, Koyulhisar ərazisində baş verib. Belə ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan 4-nün vəziyyəti ağırdır.

Qəzanın qarlı hava şəraitindən baş verdiyi bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.