İdman

İsveçli ulduz yığmaya qayıtdı: İbrahimoviç gücünü Qafqazda sınayacaq

11 Noyabr 2021 20:48
0 Şərh     Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura start veriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 10 matç keçiriləcək.

Millimizin də yer aldığı A qrupunda Portuqaliya İrlandiya üzərində səfər qələbəsi ilə qrupda yenidən liderliyi ələ ala bilər. Çünki hazırkı lider Serbiya bu gün Qətərlə qeyri-rəsmi oyuna çıxacaq.

B qrupunun lideri İsveç Gürcüstana səfərdə qalib gəlsə, Qətərdəki final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün üçqat Avropa çempionu İspaniya da Yunanıstan səfərində qələbə qazanmamalıdır. Batumidəki görüşdə 40 yaşlı Zlatan İbrahimoviçin yığmaya dönüşü rəsmiləşəcək. 

H qrupundakı Rusiya da DÇ-2022-də iştirakını rəsmiləşdirə bilər. Valeri Karpinin baş məşqçi olduğu komanda bundan ötrü evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməlidir.

J qrupunda İrəvanda keçiriləcək Ermənistan - Şimali Makedoniya görüşü isə qrup ikinciliyi uğrunda əhəmiyyətli matçlardan sayılır.

DÇ-2022-nin seçmə mərhələsi
IX tur

A qrupu

21:00 Azərbaycan - Lüksemburq

23:45 İrlandiya - Portuqaliya

B qrupu

21:00 Gürcüstan - İsveç

23:45 Yunanıstan - İspaniya

H qrupu

21:00 Rusiya - Kipr

23:45 Malta - Xorvatiya

23:45 Slovakiya - Sloveniya

J qrupu

21:00 Ermənistan - Şimali Makedoniya

23:45 Rumıniya - İslandiya

23:45 Almaniya - Lixtenşteyn

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.