İdman

Yığmanın 5 futbolçusu karantinə alındı

9 Noyabr 2021 19:32
0 Şərh     Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin noyabr oyunları ərəfəsində xoşagəlməz halla üzləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yığmanın 5 futbolçusu karantinə alınıb.

Buna səbəb onların koronavirusa yoluxan komanda yoldaşları ilə sıx təmasda olmasıdır. Bu oyunçuların adları rəsmən açıqlanmasa da, Niklas Züle və Yozua Kimmixin də onlar arasında olduğu iddia edilir.

Komandanın digər üzvlərinin testləri mənfi nəticələnib. Onlar qarşıdakı matçların hazırlığını davam etdirir.

Qeyd edək ki, Bundestim DÇ-2022-nin seçmə mərhələsində noyabrın 11-də Lixtenşteyn, üç gün sonra Ermənistanla qarşılaşacaq.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.