İdman

"Sabah"dan Azərbaycan bayrağına hörmətsizlik

6 Noyabr 2021 19:04
1 Şərh     Baxış: 4 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabah" klubu evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın X tur matçında Azərbaycan bayrağına hörmətsizlik edib.

"Bank Respublika Arena"dakı oyun zamanı bayraq tərsinə - yaşıl rəngi yuxarıda asılıb.

Media nümayəndələrinin iradından sonra bayraq yalnız ikinci hissənin əvvəlində yerə endirilərək dəyişdirilib.

"Zəfər turu" adlandırılan və Zəfər günü ərəfəsində keçirilən oyun vaxtı bu addım birmənalı qarşılanmayıb.

Qeyd edək ki, "Sabah" - "Zirə" matçı 3:3 hesabı ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.