"Dostum... Bu adamın nə qədər sərt biri olduğunu bilirsinizmi? Mən bu adamı sevirəm!"
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tramp bu fikirləri Misirdə keçirilən Qəzza mövzusundakı zirvə toplantısında çıxışı zamanı səsləndirib.
Tramp imzadan sonra çıxışında yenidən Ərdoğana və Türkiyəyə diqqət çəkib:
"Mən çətin insanları sevirəm. Ərdoğanın dünyanın ən güclü ordularından birinə sahib olduğunu unutmamaq lazımdır."
Zirvədə 20-dən çox lider iştirak edir. Zirvəyə həmçinin aşağıdakı adlar da qatılıb
Umman Xarici İşlər Naziri Bədr əl-Busaidi
BMT Baş katibi Antonio Quterreş
Ərəb Liqasının Baş katibi Əhməd Əbu Qayt
Avropa Şurası Prezidenti Antonio Kosta
Hindistanın Xarici İşlər Naziri Subrahmanyam Caişankar
Yaponiyanın Qahirədəki səfiri Fumio İwai
9 oktyabrda ABŞ Prezidenti Tramp, Misirdə aparılan danışıqlar nəticəsində İsrail və HƏMAS-ın Qəzzə üçün atəşkəs planının ilk mərhələsini qəbul etdiyini elan etmişdi. 10 oktyabrın ilk saatlarında razılaşma qüvvəyə minib, İsrail ordusu "sarı xətt" deyilən bölgəyə çəkilmiş və günorta saat 12:00-dan etibarən atəşkəs rəsmən başlamışdı.
8 oktyabr 2023-dən atəşkəsə qədər İsrail ordusunun Qəzzəyə hücumlarında 67 min 682 nəfər həyatını itirib, 170 min 33 nəfər yaralanıb.
Lalə Qüdrətova
Milli.Az