Şou-biznes

"Ayıbdır, yaşıma, sənətimə belə şeylər yaraşmaz"

13 Oktyabr 2025 20:19
Baxış: 693
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında olan qalmaqala son qoyub.

Milli.Az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində oğlunun toyuna gəlməyən ifaçıdan incimədiyini deyib:

"İlk dəvətnamə Xatirə İslam, Xatun və Ayan Babakişiyevaya göndərilib. Gəlməməyi qəbahət deyil. Heç danışmamışıq da, anlaşmamışıq da. Ayıbdır, necə deyim ki, niyə gəlməmisən? Çıxdı efirdə dedi ki, dəvətnamə almışam və uşağımın məktəbinə görə gəlmədim. Qızı Selenanın toyuna gedəcəyəm. Bizim yalnız dostluğumuz, sənət münasibətimiz olub. Hərdən yozurlar, bu da məni qıcıqlandırır. Ayıbdır, yaşıma, başıma, sənətimə, yaşayışıma yaraşmaz. Heç Ayana da yaraşmaz. Məndən kiçikdir. Həmkarlarıma pis gözlə baxmamışam". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.