İdman

Çeferindən FİFA-nın ideyasına sərt reaksiya

22 Oktyabr 2021 03:44
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA prezidenti Aleksandr Çeferin dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasına münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu fikri məntiqsiz layihə adlandırıb:

"Bu layihəni dəstəkləmirəm. Əgər dünya çempionatının 2 ildən bir keçirilməsi barədə qərar verilsə, futbol adına qorxunc nəticələr ola bilər. Sizdən və FİFA-dan xahiş edirəm ki, layihənin tətbiq edilməsiylə bağlı səsvermə etməyin. Bu fikri və məsələnin səsverməyə çıxarılmasını məntiqli hesab etmirəm".

Qeyd edək ki, FİFA dünya çempionatlarının keçirilmə müddəti ilə bağlı qərarı ilin sonunda verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.