İdman

Cüdoçularımız Avropa kubokunda 2 medal qazanıblar

17 Oktyabr 2021 19:48
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyanın Dubrovnik şəhərində start götürmüş cüdo üzrə Avropa kuboku yarışını Azərbaycan komandası 2 medalla başa vurub.

Cüdoçularımızdan 90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov yalnız həlledici final görüşündə məğlub olub və nüfuzlu turnirin gümüş medalına sahib olub. Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Avropa kuboku yarışında Azərbaycanı kişilərdən ibarət milli komandamız təmsil edib. Azərbaycanın 11 cüdoçu ilə qatıldığı mötəbər yarışda 26 ölkədən 300-ə yaxın cüdoçu mübarizə aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.