"Qara zolaq"dan çıxmışıq" - Sənan Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 7-ci turunda "Səbail"ə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransı keçirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o bildirib ki, millinin oyunları ilə əlaqədar yaranan fasilədə yaxşı hazırlıq prosesi keçiblər: "Həm psixoloji, həm də emosional cəhətdən bizə lazım olan məqamlara diqqət yetirdik. "Qarabağ" və "Sabah"la oyunlarda xarakter göstərməyimiz bizi sevindirmişdi. Xarakter formalaşdırmaq asan deyil. Bəlkə də, məğlubiyyətlər komandada belə bir xarakter yaratdı".
"Səbail"lə matç haqda danışan gənc mütəxəssis rəqibin meydançasında oynamağın hər iki komanda üçün asan olmadığını söyləyib: "Ancaq maraqlı mübarizə alındı. "Səbail"də də Aftandil Hacıyev çox yaxşı komanda qurub. Hər iki komanda ilk dəqiqədən sona qədər meydanda dayanmadı. Birinci hissədə daha çox qol imkanımız oldu. Dəyərləndirsəydik, bəlkə bizim üçün daha asan olardı. Qəbələ bizə çox lazım idi".
S.Qurbanov mövsümün əvvəlində ardıcıl məğlubiyyətlərdən sonra "qara zolaq"dan çıxdıqlarını düşünür: "Yaxşı günlər yaşamadıq. Amma bu o demək deyil ki, oyundan-oyuna nəsə dəyişəcək. Sadəcə, yanaşmamızı dəyişməməliyik. Uduzduğun zaman yeni həftəyə neqativ halda başlayırsan. Ancaq qələbə qazandığın zaman işlədiyin plan dəyişməz olaraq qalır. Bunu da pozitiv həyata keçirməyə çalışırsan. Bu yöndə çox fərq edir. Qələbə qazanmaq bizim məsuliyyətimizi artırır. İşə tam köklənmək mənim əsas prinsipimdir. Futbolçulara da çatdırırıq ki, həyatımızı tam təşkil edən futbol olmalıdır. Ona heç nə maneçilik törədə bilməz".
O, cəzası başa çatan hücumçu Anatole Abanqın ikinci hissədə meydana çıxmasının fiziki durumla əlaqəli olmadığını söyləyib. O, forvardın aqressiv oynaması ilə bağlı da fikirlərini bölüşüb: "Abanq komanda ilə məşqlər edir. "Sumqayıt"la yoxlama görüşündə də meydana start heyətində çıxmışdı. Sadəcə, bu gün planımız onun ikinci hissədə mübarizəyə qoşulması yönündə idi. Onu ikinci hissəyə saxlamışdıq, şükürlər olsun ki, ümidlərimizi doğrultdu. Aqressiv, sürətli futbolçudur. Bilirdik ki, bu görüşdə təkbətək epizodlar çox olacaq. Xüsusən də, ikinci hissədə. Təkbətək epizodlardan üstün ayrılmaq üçün iri cüssəli futbolçuya ehtiyacımız var idi. Bu da ikinci hissədə gözləntilərimizi doğrultdu".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)





