“Futbolçular özlərinə nəzarət etməyi bacarmalıdırlar” - Elmar Baxşıyev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uzun fasilə yarandığından çətin olacağını bilirdik. Heyətimizdə məşq prosesində bizimlə birlikdə olmayan futbolçular var idi".
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" ilə keçirilən oyun barədə danışarkən deyib.
1:1 hesabı ilə başa çatan Qəbələ şəhər stadionundakı qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bölüşən Baxşıyev mübarizənin çətin alınacağını öncədən bildiklərini söyləyib: "Zirə" liderlər qrupunda qərarlaşan komandadır və çempionat ərzində iddiasını nümayiş etdirir. Komandanı həftəlik ağır oyuna hazırlayırdıq. Sevindirici haldır ki, komanda meydanda plan üzrə bütün tapşırıqları yerinə yetirməyə çalışdı".
Çalışdırıcı birinci hissədə tam istədikləri oyunu göstərə bilməmələrini bu cür izah edib: "Səbəb deyəndə "Zirə"ni də qeyd eləmək lazımdır. Rəqib təzyiq göstərirdi, müdafiədən rahat çıxmağımıza imkan vermirdi. Ancaq deyim ki, ilk hissədəki çıxışdan da razıyam. Komanda meydanda nizam-intizamı qoruyub saxlayırdı. Sadəcə, ikinci hissədəki əvəzetmələr oyuna dəyişiklik gətirdi və tam üstünlüyü ələ aldıq".
Baş məşqçi birinci dövrəni turnir cədvəlinin 3-cü pilləsində başa vurmalarına da münasibət bildirib: "İnandırım sizi, nə mən, nə də komanda turnir cədvəlinə baxırıq. Yalnız qarşıdakı matçı düşünürük. Mövsüm uzundur, komanda şəklində daha yaxşı ola bilərik. Bu potensialımız var. Fernan Torres də oyunumuza rəng qata biləcək futbolçudur. Getdikcə daha yaxşı olacağımıza inanıram".
Elmar Baxşıyev qarşılaşmadan sonra yarımmüdafiəçiləri Ehtiram Şahverdiyevlə "Zirə"nin müdafiəçisi Dmitrios Çantaikas arasında yaşanan qalmaqala da toxunub: "Həmin hadisə emosiya ilə bağlı yarandı. Futbolçular meydançada özlərinə nəzarət etməyi bacarmalıdırlar. Oyunun ajoitajı hərdən belə insidentə gətirib çıxarır. Çox qabartmağa ehtiyac yoxdur. Futbolda olan hadisədir, normal qarşılayırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
Kanada Mərakeşə qarşı
-
Cokoviç Federerə şərik oldu
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
XƏBƏR LENTİ
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
-
İsmayıllıda ağır qəzada ölən həkimin (Fotosu)
-
Kanada Mərakeşə qarşı
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
"Arzum" ilk dəfə danışdı: "Hələ də şokdayam"
-
Ermənistanda seçki mübahisəsinə son qoyuldu
-
Ağdamda Ata və azyaşlı övladı öldü - Yenilənib
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı





