Tailand “Meymun”u azərbaycanlı “Dəmir qız”a qarşı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı qadın MMA döyüşçüsü Suad Səlimova bu il ilk döyüşünü keçirəcək.
Milli. Az oxu.az-a istinadən xəbər verir ki, Niderlandın Levels Fight League (LFL) turniri çərçivəsində keçiriləcək döyüşdə onun rəqibi Niderland doğumlu, ancaq Tailandı təmsil edən Noell Qronjon olacaq.
Atası fransız, anası tailandlı olan və "Meymun" ləqəbinə malik olan Qronjon keçmiş peşəkar cüdoçudur. O, 2018-ci ildə Niderland çempionu olub. 2019-cu ildə Antalya Qran Prisi və Paris Böyük Dəbilqə yarışlarında isə Tailandı təmsil edib. 25 yaşlı idmançı muay tay (Tailand kikboksinqi) ilə də məşğul olub. O, 2019-cu ildə Sinqapurda keçirilmiş, həvəskar MMA yarışı sayılan GAMMA (Global Association of Mixed Martial Arts) turniri üzrə dünya çempionu adına yiyələnib. Bu onun ilk peşəkar MMA döyüşü olacaq.
Kikboksinqin WKA versiyası üzrə Avropa çempionatının gümüş medalçısı olmuş Suad Səlimova isə artıq üçüncü peşəkar MMA döyüşünə çıxacaq. "Dəmir qız" (Iron Girl) ləqəbli Suad Niderlandda hazırlıq keçib. O artıq bu döyüşlə MMA-da ilk qələbəsini qazanmaq istəyir. Suad daha əvvəl 2018-ci ildə Maria Vittoria Kolonnaya (İtaliya), ötən il isə Katarina Dalisdaya (Almaniya) uduzub. "Dəmir qız" hər iki görüşündə hakimlərin qərarına əsasən məğlub olub.
Qeyd edək ki, 11 döyüşün baş tutacağı LFL-3 turniri oktyabrın 10-da keçiriləcək. Niderlandda keçiriləcək döyüşdə Suad Səlimova oktaqona gecənin ikinci döyüşünün iştirakçısı kimi çıxacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Hakimlərimiz Avropa Liqasının iki oyununa təyinat aldı
XƏBƏR LENTİ
-
Üç bürcə noyabrın ortalarına qədər ciddi xəbərdarlıq
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı





