İdman

Benzema La Liqanın tarixinə düşdü

13 Sentyabr 2021 11:52
0 Şərh     Baxış: 1 048
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema La Liqanın tarixinə düşüb.

Milli.Az xəbər verir ki, 34 yaşlı hücumçu buna IV turda "Selta Viqo" ilə oyunda het-trik etməklə nail olub.

Çempionatda 197 dəfə fərqlənən Benzema 195 qol vurmuş "Valensiya"nın sabiq oyunçusu Edmundo Suaresi geridə qoyub və ən çox qol vuran futbolçular siyasında 10-cu pilləyə yüksəlib.

Qeyd edək ki, "Real Madrid" "Selta Viqo"ya 5:2 hesabı ilə qalib gəlib.

Hazırda La Liqanın bombardiri 474 qolla Fransa PSJ-sində çıxış edən "Barselona"nın sabiq forvardı Lionel Messidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.